
Astarada topdansatış narkotik alverçisi tutuldu
DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsindəki Regional Şöbəsi və Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini Elman Qurbanova məxsus "VAZ-2106" markalı avtomaşına baxış zamanı oradan 5 kiloqram 159 qram heroin, 1 kiloqram 825 qram həşiş və 924 qram tiryək aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır. Adıçəkilən şəxsin narkotikin topdansatış alveri ilə məşğul olduğu ehtimal olunur.
O.M.
Digər xəbərlər