ABŞ-da banka silahlı hücum - 5 nəfər öldü

ABŞ-da banka silahlı hücum - 5 nəfər öldü

24 Yanvar 2019 06:57
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Florida ştatının Sebrinq bölgəsindəki "SunTrust" adlı banka silahlı hücum edilib.

Basqın 21 yaşlı Zefen Xaver adlı şəxs tərəfindən törədilib.

O, öncə bankdakı işçiləri və müştəriləri girov götürüb. Polisin bütün danışıq cəhdlərinə baxmayaraq silahlı şəxs girovları buraxmayıb və 5 nəfəri öldürüb.

Polislərin keçirdiyi əməliyyat nəticəsində cinayətkarı yaxalamaq mümkün olub.

Hücumun hansı məqsədlə edildiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılı (qafqazinfo)