
Texasda atışma olub, ölən və yaralanan var
ABŞ-da atışma olub.
Hadisə Texasştatında, Hyustonda, kilsənin yaxınlığındakı dayanacaqda qeydə alınıb.
Ştatın polis əməkdaşlarından birinin verdiyi məlumata görə, atışma zamanı 1 qadın öldürülüb. Qeyd edilir ki, hadisə nəticəsində həmçinin daha 1 qadın da xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin təfərrüatları açıqlanmır.
Daha əvvəl də Texas ştatında naməlum şəxs içərisində qadın və dörd qızının olduğu avtomobilə atəş açıb (report)
Digər xəbərlər