
Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Abşeron RPŞ-nin məlumatına görə, bu gün saat 00.30 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomaşınla qəsəbə sakinləri Rafiq Abbasov və Gülsevən İbrahimov vurulmuşlar. Nəticədə, R.Abbasov hadisə yerində ölmüş, xəsarət almış G.İbrahimov isə xəstəxanaya yerləşdirilmişdir. Yaralının vəziyyəti qənaətbəxşdir.
O.M.
Digər xəbərlər