
ABŞ-ın Dəniz Piyada Qoşununun hərbi qulluqçusu güllələnib
Vaşinqtonda kazarma ərazisində ABŞ-ın Dəniz Piyada Qoşunu Korpusunun hərbi qulluqçusu güllələnib.
Bu barədə "The Washington Post" məlumat yayıb.
Vaşinqtonun Dəniz Piyada Qoşunu kazarmasının polkovniki Don Tomiç bildirib ki, məmurlar "bu çətin vaxtda" güllələnin ailəsinin və dostlarının qayğısına qalırlar.
Açıqlamada dəniz piyadasının ölümü təsdiq edilir. Amma öldürülən şəxsin yaşı, təyinatı və atışmanın hansı binada olması barədə məlumat verilmir. Report
Digər xəbərlər