Türkiyədə 12 saatda 903 nəfər həbs edildi

Türkiyədə 12 saatda 903 nəfər həbs edildi

30 Dekabr 2018 07:59
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin təhlükəsizlik qüvvələri 12 saat ərzində axtarışda olan 903 nəfəri ələ keçirib.

İstanbulun 39 rayonunda eyni vaxtda başladılan əməliyyat-axtarış tədbirləri çərçivəsində ələ keçirilənlər arasında qatillər və digər ağır cinayətlərdə günahlandırılanlar da var.

Həbs olunanlardan ikisinin terrorçu olduğu bildirilib.(axar.az)