Bakıda taksü sürücüsü qadın sərnişini soyub

Bakıda taksü sürücüsü qadın sərnişini soyub

24 Dekabr 2018 16:25
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda taksi sürücüsündən qadına qarşı cinayət törədilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Verilən məlumata görə, dekabrın 22-də saat 3 radələrində Abşeron rayon sakini olan bir qadın "28 Mall" ticarət mərkəzinin qarşısında "Opel" markalı avtomobilə sərnişin qismində əyləşərək Xocəsən qəsəbəsi ərazisinə gedəcəyini bildirib.


Sürücü onu aldadaraq Sabunçu qəsəbəsi ərazisinə aparıb, avtomobildə döyərək 680 manatını alıb.

Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən həmin qəsəbə sakini Fərhad Əliyev saxlanılıb. (baku.vvs)