Bakıda tələbə tələbəni qətlə yetirdi

Bakıda tələbə tələbəni qətlə yetirdi

24 Dekabr 2018 11:44
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda tələbələr arasında ölümlə nəticələnən qətl hadisəsi baş verib.

Mediainfo.az-ın verdiyi xəbərə görə, hadisə Nərimanov rayonu Atatürk prospekti ev 2a-nın qarşısında qeydə alınıb. Həmin ünvanda Ağstafa rayonunun Dağ Kəsəmənli sakinləri, 2000-ci il təvəllüdlü Murğuzov Rauf İlqar oğlu ilə həmkəndlisi, 2000-ci il təvəllüdlü Xəlilov Elman Elyar oğlu arasında mübahisə yaranıb. Hələlik səbəbi məluma olmayan mübahisə sonda Rauf Murquzovun bıçağa əl atmasına gətirib çıxarıb. Nəticədə Rauf Murquzov E.Xəlilovu bıçaqla qətlə yetirib. Qeyd edək ki, hadisəni tərədən Rauf Murquzov Bakı Dövlət Bədən Tərbiyəsi Akademiyasının, Elman Xəlilov isə Texniki universitetin tələbəsi olub.

Keçirilən istintaq əməliyyat təsbirləri nəticəsində R.Murğuzov saxlanılıb.