Gömrükdə qeyri-qanuni dərman preparatı aşkarlanıb

Gömrükdə qeyri-qanuni dərman preparatı aşkarlanıb

21 Dekabr 2018 16:32
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikası istiqamətindən "Samur" gömrük postunun ixrac piyada keçid xəttinə daxil olan Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Mediainfo.az-a DGK-dan verilən məlumata görə, yoxlama zamanı, vətəndaşın əynindəki gödəkçənin iç sol cibindən 7 kapsul "Lyrica (preqabalin) 300 mq" adlı dərman preparatı aşkar olunub.

Xatırladaq ki, "Lyrica (preqabalin)" adlı dərman preparatları Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.