Azərbaycanda məktəbin qarşısında qan töküldü

Azərbaycanda məktəbin qarşısında qan töküldü

17 Dekabr 2018 13:40
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində 26 saylı orta məktəbin qarşısında baş verib.

Qəsəbə sakini, 2000-ci il təvəllüdlü Məmmədli Qafar Ramil oğlu həmkəndlisi, 1975-ci il təvəllüdlü Cabbarov Tərlan Şükür oğlu ilə mübahisə edib.

Mübahisə davaya çevrilib və nəticədə Q.Məmmədli T.Cabbarovu sol döş qəfəsindən bıçaqlayıb.

Yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlayıb.