Konyada müridlərini bir-biri ilə cinsi əlaqəyə məcbur edən Şeyx həbs edildi

Konyada müridlərini bir-biri ilə cinsi əlaqəyə məcbur edən Şeyx həbs edildi

11 Dekabr 2018 13:13
Bəyəndim (0) Bəyənmədim (0)

Konyada 5 müridini zorlamaqda ittiham edilən Şeyx həbs edilib.

Məhkəmədə prokuror 65 yaşlı Şeyxə 68 il həbs cəzası tələb edib. Prokuror ittiham aktında qeyd edib ki, Şeyx istismar etdiyi müridlərini bir-birləri ilə də cinsi əlaqəyə girməyə məcbur edib.

Bu barədə rəsmi orqanlara bir nəfər şikayət edib. O, bildirib ki, özünü xəlifə deyə tanıdan, saxta şeyx S.İ.-nin söhbətlərində iştirak edib. Məlum olub ki, saxta din adamı kişilərə qarşı seksual xarakterli hərəkətlər edib. S.İ. 2008-2017-ci illər arasında yaşları 17-22 arasında dəyişən 5 kişini zorlayıb.
Məhkəmədə məlum olub ki, saxta şeyx özünü müqəddəs insan kimi qələmə verib, söhbətlərini dinləmək istəməyənləri "başınıza min oyun və müsibət gələcək, həlak olacaqsınız" kimi cümlələrlə qorxudub.

Bundan başqa S.İ. insanları aldatmaq üçün uydurma hekayələr danışıb, "Mənə itaət etdiyin üçün mənəvi olaraq rütbə alacaqsan" deyib. O, müridlərinin dodaqlarından öpüb, cinsi zorakılıq edib. Onun İslam dinində yeri olmayan və qəbul edilməyən, dinin qadağan etdiyi əxlaqsız hərəkətləri dini bilgiləri zəif olan insanlara qarşı etdiyi üçün həbsinə qərar verilib.

Məlum olub ki, saxta şeyx 2014-cü ildə Konyanın bir rayonundan oxumaq üçün şəhər mərkəzinə gələn tələbəyə kömək bəhanəsi ilə evinin zirzəmisini verib. Sonra isə gecələr onun yanına gələrək soyunub və "Şəriətdə haram olan təriqətdə halaldır" deyərək aldadıb və cinsi zorakılıq edib. Ölkə.az