Əfqanıstanda kamikadze özünü partlatdı: 4 hərbçi öldü

Əfqanıstanda kamikadze özünü partlatdı: 4 hərbçi öldü

11 Dekabr 2018 10:52
Bəyəndim (0) Bəyənmədim (0)

Əfqanıstanda terrorçu kamikadze minalanmış maşını kəşfiyyat xidməti əməkdaşlarının üzərinə sürüb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə Tolo Nevvs telekanalının yaydığı məlumatda deyilir. Kabul ətrafındakı Paqman qəzasında həyata keçirilən terror aktı nəticəsində 4 nəfər hərbçinin öldüyü, 6 nəfərin isə yaralandığı bildirilir. Terror aktı nəticəsində kamikadzenin də öldüyü məlum olub. Hələlik terror aktına görə Əfqanıstandakı silahlı qruplaşmaların heç biri məsuliyyəti öz üzərinə götürməyib.