Torontoda atışma zamanı 1 nəfər yaralanıb

Torontoda atışma zamanı 1 nəfər yaralanıb

3 Dekabr 2018 09:41
Bəyəndim (0) Bəyənmədim (0)

Kanadanın Toronto şəhərində növbəti silahlı insident hadisəsi baş verib.

Mediainfo.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Toronto şəhərinin qərbində yerləşən rayonlardan birində naməlum şəxslər arasında atışma baş verib. Atışma zamanı 1 qadın güllə yarası alıb. Onu təcili şəkildə xəstəxanaya çatdırıblar. Həkimlər qadının həyatı üçün ciddi təhlükə olmadığını bildiriblər. Hadisə yerinə gələn polis hazırda silahlı şəxsləri müəyyən etmək üçün əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.