Kabildə törədilən partlayışda ölənlərin sayı artıb
Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayışda ölənlərin sayı artmaqda davam edir.
Mediainfo.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 50 nəfər ölüb, 70-dən artıq adam yaralanıb. Terror aktı Kabildə əhali mövlud bayramını qeyd edərkən baş verib. Terrorçu kamikadze əhalinin daha sıx olduğu yerdə özünü partladıb. Baş verən terror hadisəsi ilə bağlı ölkədə matəm elan edilib.
Digər xəbərlər






































































.jpg)























