Məhkəmə  Yaverin ölkəsinə ekstradisiyası barədə qərar çıxarıb

Məhkəmə Yaverin ölkəsinə ekstradisiyası barədə qərar çıxarıb

19 Noyabr 2018 17:37
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə dələduzluqda, saxta sənədlər hazırlamaqda təqsirləndirilən Ulluqçu Yaverin öz ölkəsinə ekstradisiya edilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimat üzrə məhkəmə iclası başa çatıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

U.Yavərin ölkəsinə ekstradisiya edilməsi ilə bağlı qərar çıxarılıb.

Qeyd edək ki, Türkiyə vətəndaşı U.Yavər bu il Bakının Səbail rayonunda saxlanılıb. Məlum olub ki, o, öz ölkəsində cinayət törədərək Azərbaycana qaçıb.( report)