Sumqayıtda ər arvadını bıçaqlayıb

Sumqayıtda ər arvadını bıçaqlayıb

10 Noyabr 2018 21:36
Bəyəndim (0) Bəyənmədim (0)

Sumqayıtda keçmiş məhkum həyat yoldaşına bıçaqla xəsarət yetirib

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə "Yaşıldərə" yaşayış massivində baş verib.

Şəhər sakini, 1995-ci il Məmmədova Aysel Famil qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb. Həyat yoldaşı onun üz və bədən nahiyələrinə bıçaqla xəsarətlər yetirib.

Yaralı xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Hadisəni törədən şəxs məsuliyyətə cəlb olunub.

Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir. Cütlük bir müddət imiş ki, ayrı yaşayırmış. Ailənin bir azyaşlı övladı var. Qeyd edək ki, A.Məmmədovanın əri həbsxanadan yenicə çıxıb.

Faktla bağlı araşdırma aparılır.