Qanunsuz balıq ovlayan şəxsə cəza veriləcək

Qanunsuz balıq ovlayan şəxsə cəza veriləcək

10 Noyabr 2018 06:43
Bəyəndim (0) Bəyənmədim (0)

Bərdə rayonunda Kür çayından qanunsuz balıq ovu edən sakin saxlanılıb.

Kür çayının Bərdə rayon Mollagüllər kəndi ərazisindən keçən hissəsində cərəyan ilə qanunsuz balıq ovu edən rayonunun Qarağacı kənd sakini 1978-ci il təvəllüdlü Qasımov Elmir Məhəmməd oğlu rayon polis şöbəsinin post-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Qanun pozucusu E.Qasımovdan çoxlu sayda balıq, 1 ədəd sintetik saplı və cərəyanla işləyən tor ilə akkumulyator götürülüb. Faktla bağlı Bərdə rayon polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.( qafqazinfo)