Bakıda daha bir qətl hadisəsi baş verib
Bakının Sabunçu rayonunda qətl hadisəsi qeydə alınıb.
Mediainfo.az-ın verdiyi məlumata görə, Zabrat qəsəbəsindəki avtoyuma məntəqəsində baş verən mübahisə zəminində birada maşın yumaqla məşğul olan Murad Quliyev Elnur adlı şəxs tərəfindən bıçaqlanıb. Nəticədə aldığı ağır bıçaq yaralarından Murad Quliyev hadisə yerində dünyasını dəyişib. Hazırda polıs baş verən hadisəni araşdırır və qatilin həbs edilməsi üçün hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
Digər xəbərlər






































































.jpg)























