Moskvada liftdə qadını öldürən azərbaycanlı həbs edilib

Moskvada liftdə qadını öldürən azərbaycanlı həbs edilib

8 Noyabr 2018 11:08
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya hüquq-mühafizə orqanları Moskvada liftdə qadını öldürməkdə şübhəli bilinən şəxsi həbs ediblər.

Mediainfo.az-ın İnterfaks agentliyinə istinadən verdiyi məlumata görə saxlanılan şəxs Azərbaycanda anadan olub və bir neçə il əvvəl Moskvaya işləməyə gəlib. Bundan əlavə məlum olub ki, liftdə qadını öldürən 1991-ci il təvəllüdlü şəxs vaxtı ilə Azərbaycanda hüquq-mühafizə orqanlarında çalışıb. Onun əvvəllər Moskvanın Çertanovo rayonunda soyğunçuluqla da məşğul olduğu məlum olub.