Nərimanov rayonunda kafedə baş verən yanğın nəticəsində üç nəfər ölüb
Bakının Nərimanov rayonunda dördmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 70 kvadratmetr olan kafedə yanğın baş verib.
Hadisə nəticəsində kafe 10 kvadratmetr sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı tüstüdən boğulmuş üç nəfərin - 1989-cu il təvəllüdlü Əliyev Kərəm Əli oğlunun, 1982-ci il təvəllüdlü Əhmədov Bəhruz Fazil oğlunun və hazırda şəxsiyyəti dəqiqləşdirilən daha bir nəfərin meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilib.
Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. (azərtac)
Digər xəbərlər






































































.jpg)























