Saxta 41 milyon dollar ələ keçirildi

Saxta 41 milyon dollar ələ keçirildi

25 Oktyabr 2018 05:49
Bəyəndim (0) Bəyənmədim (0)

Afrika ölkəsi Malinin paytaxtı Bamakoda saxta dollar hazırlayanlara qarşı əməliyyat keçirilib.

"Qafqazinfo" "Posta"ya istinadən xəbər verir ki, polisin ələ keçirdiyi bir nəfərin ifadəsi zamanı verdiyi məlumatlar əsasında əməliyyat genişləndirilib.

3 ünvana edilən basqın nəticəsində 41 milyon dəyərində saxta dollar müsadirə olunub. 5 nəfər isə həbs edilib.