Narkotik vasitə kinoloji xidmət itinin tətbiqi ilə aşkar edildi

Narkotik vasitə kinoloji xidmət itinin tətbiqi ilə aşkar edildi

22 Oktyabr 2018 16:32
Bəyəndim (0) Bəyənmədim (0)

Gömrükçülər narkotik vasitənin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

Mediainfo.az-ın DGK Mətbuat Xidmətindən aldığı məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat-Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, "Mazımçay" gömrük postunda Gürcüstandan gələn bu ölkə vətəndaşının idarə etdiyi avtomobilə kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib.

Baxış zamanı, xidməti it "Honda Fit" markalı, NV441NV qeydiyyat nişanlı həmin avtomobilin ön cihazlar panelindəki əşyalar üçün nəzərdə tutulan yerə reaksiya verib. Həmin yerə təkrar baxış nəticəsində 1 ədəd bükümdə çəkisi bükümlə birlikdə 2 qram olan narkotik vasitə-marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.