Avtomobildə gizlədilmiş mobil telefonlar aşkar olunub

Avtomobildə gizlədilmiş mobil telefonlar aşkar olunub

16 Oktyabr 2018 11:47
Bəyəndim (0) Bəyənmədim (0)

Gömrükçülər mobil telefonların gömrük nəzarətindən gizlin şəkildə ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

Mediainfo.az-ın DGK Mətbuat Xidmətindən aldığı məlumata görə, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, "Xanoba" gömrük postunda Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21043" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Baxış zamanı, Rusiya Federasiyası istiqamətindən daxil olan həmin nəqliyyat vasitəsinin arxa oturacağının alt hissəsindəki örtüyün altında gömrük nəzarətindən gizlədilmiş 8 ədəd "NANO BQ-1411" markalı mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.