İcazəsiz ova cəhd edən 1000 manat cərimə edilib

İcazəsiz ova cəhd edən 1000 manat cərimə edilib

16 Oktyabr 2018 09:25
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Astara rayonu ərazisində icazəsiz ova cəhd edən şəxs saxlanılıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, araşdırma zamanı brakonyerin Astara rayon sakini Emil Kazımov olduğu müəyyən edilib. Ondan ov tüfəngi və digər ov alətləri götürülüb.

Faktla bağlı E.Kazımov barəsində protokol tərtib edilib və o, inzibati qaydada 1000 manat məbləğində cərimə olunub.