Rusiyada “İnterpol”un əməkdaşının meyiti aşkar edilib

Rusiyada “İnterpol”un əməkdaşının meyiti aşkar edilib

9 Oktyabr 2018 17:05
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Yekaterinburq şəhərində "İnterpol"un yerli şöbəsinin 1971-ci il təvəllüdlü əməkdaşının meyiti aşkarlanıb.

Bunu Rusiya İstintaq Komitəsinin Sverdlobsk vilayəti İdarəsinin təmsilçisi Aleksandr Şulqa bildirib.

O deyib ki, istintaqa qədərki araşdırma aparılır və məhkəmə-tibbi ekspertizası onun ölmünün səbəbini dəqiq müəyyən edəcək.

İstintaq İdarəsi təmsilçisinin sözlərinə görə, ölümün cinayət tərkibli olması nəzərdən keçirilmir. Bəzi mənbələr "İnterpol" əməkdaşının intihar etdiyini bildirib.

Ölümqabağı qeyd isə aşkar edilməyib.( report)