Zərdabda kriminal avtoritet boğularaq öldü
Zərdab rayon Polis Şöbəsindən verilən məlumata görə, dünən gündüz saatlarında Zərdab şəhərinin Azərbaycan küçəsində yaşayan 1978-ci il təvəllüdlü Hüseynov Şirin Müsəllim oğlu hamamda çimərkən dünyasını dəyişib. İlkin ehtimala görə, Zərdab sakini dəm qaz boğularaq ölüb. Mərhumun uzun müddət Rusiyada məhkumluq həyatı yaşadığı, cinayət aləmində tanınmış şəxs olduğu bildirilib.
Məlumata görə, Ş.Hüseynov 3-4 ay əvvəl rayona qayıdıb. Faktla bağlı Zərdab rayon Prokurorluğunda araşdırma aparılır.
O.M.
Digər xəbərlər