İzacəsiz ova cəhd edən şəxs 1000 manat cərimə edilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən İmişli rayonunun Qaraqaşlı kəndi ərazisində icazəsiz ova cəhd edən şəxs saxlanılıb.
Mediainfo.az-ın ETSN Mətbuat Xidmətindən aldığı məlumata görə, araşdırma zamanı brakonyerin İmişli şəhər sakini Rüstəm Ələsgərov olduğu müəyyən edilib.
Faktla bağlı R.Ələsgərov barəsində protokol tərtib olunub, inzibati qaydada1000 manat cərimə edilib və ov tüfəngi götürülüb.
Digər xəbərlər





























































































