İtkin düşən nazirlik əməkdaşı asılmış halda tapıldı

İtkin düşən nazirlik əməkdaşı asılmış halda tapıldı

4 Oktyabr 2018 09:45
Bəyəndim (0) Bəyənmədim (0)

Şəkidə itkin düşən nazirlik əməkdaşının meyiti meşəlik ərazidən ağacdan asılı vəziyyətdə tapılıb.

Report-un məlumatına görə, Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsinin əməkdaşı, 1956-cı il təvəllüdlü Şəki şəhər sakini Ramis Azaqovun meyiti ötən gün Yevlax rayon ərazisində meşəlik sahədə ağacdan asılı vəziyyətdə aşkarlanıb.

Qeyd edək ki, Ramiz Azaqov sentyabrın 23-də səhər saatlarında Şəki şəhəri "dağ dibi" deyilən ərazidə yaşadığı evdən tələsik halda çıxıb və geri dönməmişdi.

Faktla bağlı araşdırma aparılır.