Azərbaycanda 13 yanvarın kriminal xronikası

Azərbaycanda 13 yanvarın kriminal xronikası

14 Yanvar 2012 11:46
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 47cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 47 cinayət faktı qeydə alınmış, onların da 28-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 8 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər yaralanmışdır.

8 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 1 nəfər yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 27 nəfər tutulmuşdur.

Gəncə şəhər sakini Oqtay Məmmədovu bıçaqla qətlə yetirmiş Kamran Xəlilov könüllü olaraq təslim olmuşdur

13.01.2012

Yanvarın 13-də Göygöl şəhəri ərazisindəki çayxanaların birində Gülüstan qəsəbə sakini Kamran Xəlilov münaqişə zəminində Gəncə şəhər sakini Oqtay Məmmədovu bıçaqla qətlə yetirmişdir. K.Xəlilov könüllü olaraq Gəncə ŞBPİ-yə gələrək istintaqa təslim olmuşdur.

50000 dollar dəyərində qızıl əşyaları oğurlamaqda şübhəli bilinən Səbinə Orucova tutulmuşdur

13.01.2012

Yanvarın 13-də Yasamal rayonu ərazisində yaşayan Türkiyə vətəndaşı Lokman Güvənin yaşadığı mənzildən açar seçmək yolu ilə oradakı seyfdən 50000 dollar dəyərində qızıl əşyaları oğurlanmışdır. Yasamal RPİ 27-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun evdə xadimə işləyən Səbinə Orucova tərəfindən törədilməsi müəyyən edilmiş və o, tutulmuşdur.

Bakı şəhər sakinləri Elnur Sarıyev və Cəlil Mirzəyev tutulmuşlar

13.01.2012

Yanvarın 13-də Xəzər rayonunun Binə qəsəbəsi ərazisində 2 naməlum şəxs qəsəbə sakini Əzizağa Rəsulova qarşı zor tətbiq edərək ondan 5 manat pul almışdır. Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Elnur Sarıyev və Cəlil Mirzəyev tutulmuşlar.

Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi

13.01.2012

Yanvarın 13-də saat 14.00 radələrində Yasamal rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini Səidə Əliyeva vurulmuşdur. Xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Yasamal RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Şirvan şəhərində yaşayan Rəfiqə Əmirovaya məxsus evdə yanğın baş vermişdir

13.01.2012

Yanvarın 12-də saat 12.00 radələrində Şirvan şəhərində yaşayan Rəfiqə Əmirovaya məxsus evində yanğın baş vermişdir. Nəticədə mətbəxin yanar konstruksiyaları yanmış, R.Əmirova isə yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilmişdir.

Gəncə şəhər sakini Amin Qasımov tutulmuşdur

13.01.2012

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2011-ci il dekabrın 7-də Aynurə Mahmirzəyevaya qarşı zor tətbiq edərək içərisində 150 manat pul, şəxsi sənəd və kosmetik əşyalar olan çantasını ondan almaqda şübhəli bilinən Gəncə şəhər sakini Amin Qasımov tutulmuşdur.

Mağazadan oğurluq etmiş Bakı şəhər sakini Tural Həsənov tutulmuşdur

13.01.2012

Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 12-də Qəhrəman Əliyevə məxsus mağazadan oğurluq etmiş Bakı şəhər sakini Tural Həsənov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun 2011-ci il noyabrın 19-da Veys Abdullayevin evindən 100 manat pul və qızıl əşyalarını oğurlaması da müəyyən edilmişdir.

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Teymur Quliyev tutulmuşdur

13.01.2012

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 8-də Rövşən Mehdiyevə məxsus 18 manat və 2000 dollar pulu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Teymur Quliyev tutulmuşdur.

50 metr uzunluğunda kabel oğurlamış Ucar rayon sakini Sənan Hümbətov tutulmuşdur

13.01.2012

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 6-da Qaradağ rayon Telefon Qovşağına məxsus internet xidməti kabelinin 50 metrlik hissəsini kəsərək oğurlamış Ucar rayon sakini Sənan Hümbətov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun 2011-ci il dekabrın 3-də Elçin Qurbanlıya məxsus anbardan 30 metr uzunluğunda elektrik naqilini oğurlaması da müəyyən edilmişdir.

Oğurluq etdiyinə görə tutulmuş Araz Hacıyevin digər cinayət əməli də müəyyən edilmişdir

13.01.2012

Oğurluq etdiyinə görə 2011-ci noyabrın 17-də Göyçay RPŞ əməkdaşları tərəfindən tutulmuş Araz Hacıyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun 2010-cu il yanvarın 25-də Məzahir Şıxəliyevə məxsus mağazadan 4500 manat pul və danışıq kartları oğurlaması da müəyyən edilmişdir.

Cəbrayıl rayon sakini Hüseyn Mustafayev ehtiyatsızlığı nəticəsində 4-cü mərtəbədən yıxılaraq ölmüşdür

13.01.2012

Yanvarın 13-də Xətai rayonu Neapol küçəsindəki tikintisi başa çatmamış binada yaşayan Cəbrayıl rayon sakini Hüseyn Mustafayev ehtiyatsızlığı nəticəsində 4-cü mərtəbədən yıxılaraq ölmüşdür.

Xırdalan şəhər sakini Solmaz Məhərrəmli və İmişli rayon sakini Həbib Məmmədov zəhərlənmişlər

13.01.2012

Yanvarın 13-də Xırdalan şəhər sakini Solmaz Məhərrəmli dəm qazından, İmişli rayon sakini Həbib Məmmədov isə öz evlərindən kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər.

Koma və sərxoş halda xəstəxanaya gətirilmiş Xaçmaz rayonunun Çarxı kənd sakini Arif Qulamov orada ölmüşdür

13.01.2012

Yanvarın 8-də Xaçmaz rayonunun Çarxı kənd sakini Arif Qulamov koma və sərxoş halda xəstəxanaya gətirilmiş və yanvar ayının 12-də orada ölmüşdür.

Göyçay rayonunun Bığır kənd sakini Rəvan Bəlalıyev odlu silahdan atəş açarkən xəsarət almışdır

13.01.2012

Yanvarın 13-də Göyçay rayonunun Bığır kəndi ərazisindən kənd sakini Rəvan Bəlalıyev odlu silah xəsarəti ilə xəstəxanaya gətirilmişdir. Araşdırmalar zamanı R.Bəlalıyevin qoyun otaran zaman ehtiyatsızlığı nəticəsində özünə məxsus "TOZ-25" markalı ov tüfəngdən açdığı atəşdən xəsarət alması müəyyən edilmişdir.

Vaxtında "lənət şeytana" deməyi bacarmaq lazımdır...

Aqil Hüseynov

O.M.