Avtomobilin salonunda gizlədilmiş mobil telefonlar aşkar olunub

Avtomobilin salonunda gizlədilmiş mobil telefonlar aşkar olunub

24 Sentyabr 2018 11:20
Bəyəndim (0) Bəyənmədim (0)

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı avtomobil "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib.

Mediainfo.az-ın DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən aldığı məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, nəqliyyat vasitəsinin arxa oturacaqlarının alt hissəsində xüsusi hazırlanmış gizli saxlanc yerində 4 ədəd " Samsung Galaxy J2 pro" və 6 ədəd " Samsung Galaxy J3 pro" telefonları aşkar edilib

Faktla bağlı araşdırma aparılır.