Qanunsuz ova görə iki xarici ölkə vətəndaşı cərimə edilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən 20 sentyabr 2018-ci il tarixində Salyan rayonunun Kalmas adlanan ərazisində icazəsiz ova cəhd edən 2 nəfər saxlanılıb.
Mediainfo.az-ın ETSN Mətbuat Xidmətindən aldığı məlumata görə, araşdırma zamanı ova cəhd edənlərin Bəhreyn Krallığının və Pakistan İslam Respublikasının vətəndaşları Mohammed Ali Al-Marri, Faesal Shah olduğu məlum olub. Onlardan quş ovlamaq üçün ləvazimatlar götürülüb.
Təqsirkarların hər biri inzibati qaydada 2000 manat məbləğində cərimə olunub.
Digər xəbərlər











































































.jpg)


















