Sarkisyan və Koçaryan məhkəmə qarşısında dayanacaqlar

Sarkisyan və Koçaryan məhkəmə qarşısında dayanacaqlar

14 Sentyabr 2018 12:25
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanda eks prezidentlər Serj Sarkisyan və Robert Koçaryanın cinayət məsuliyyətinə cəlb edilməsi ətrafında əsəb gərginliyi davam edir.

Mediainfo.az-ın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, Koçaryan təkcə "Konqres" mehmanxanasının alış-satışından 6 milyon dollar gəlir əldə edib. Serj Sarkisyanın isə qardaşının təkcə bir bank hesabında 30 milyon dollar aşkar edilib. Bəzi məlumatlara görə, Sarkisyan və Koçaryan prezidentlikləri dövründə qeyri-qanuni yollarla 20-30 milyard dollar mənimsəyiblər.

Bundan əlavə Koçaryan dövlət çevrilişi cəhdində ittiham edilir və ona, həmçinin Sarkisyana qarşı 1 mart hadisələri ilə bağlı rəsmi şəkildə cinayət işi qaldırılacaq.