
Sabunçu ərazisində neft borusu deşildi
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ötən gün Sabunçu rayonunda mədən ərazisində neftyığma məntəqəsinə keçən 200 mm-lik neft boru kəməri deşilib. Baş vermiş hadisə nəticəsində xam neft 50 kv.m sahəyə dağılıb, yanğın hadisəsi olmayıb. Qəza saat 00:30-da neft şirkətinin işçiləri tərəfindən aradan qaldırılıb və ətrafa dağılmış neftin üstü torpaqla örtülüb. Qəzanın nəticələri aradan qaldırılana qədər yanğınsöndürənlər hadisə yerində növbə çəkiblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
O.M.
Digər xəbərlər