DMX tərəfindən  83 miqrant saxlanılıb-video

DMX tərəfindən 83 miqrant saxlanılıb-video

13 Sentyabr 2018 17:44
Bəyəndim (0) Bəyənmədim (0)

Son üç gün ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı ümumilikdə 83 nəfər əcnəbi saxlanılıb.

Mediainfo.az-ın DMX-dan aldığı məlumata görə, saxlanılmış şəxslərdən 11-nin qeydiyyat ünvanı üzrə yaşamadıqları, 6-nın gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olduqları, 1-nin əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılaraq girişinə məhdudiyyət qoyulduğu, lakin əcnəbinin bilərəkdən sənədlərində dəyişiklik edərək yenidən ölkəyə daxil olduğu, digər 65 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.

Saxlanılmış əcnəbilərdən 65-nin barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

DMX qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirir.