İranın keçmiş vitse-prezidenti 6 il yarım azadlıqdan məhrum edilib

İranın keçmiş vitse-prezidenti 6 il yarım azadlıqdan məhrum edilib

12 Sentyabr 2018 17:39
Bəyəndim (0) Bəyənmədim (0)

İranın keçmiş vitse-prezidenti İsfəndiyar Rəhim Məşai 6 il yarım azadlıqdan məhrum edilib.

"Report" "Fars" agentliyinə istinadən xəbər verir ki, məhkəmə cəzanın 5 ilini ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı fəaliyyətə görə təyin edib.

Sabiq vitse-prezident açıqlanmayan daha iki ittiham üzrə isə bir il və altı ay azadlıqdan məhrum olunub.

Qeyd edək ki, həmin ittiham üzrə İranın eks-prezidenti Mahmud Əhmədinejatın mətbuat və ictimai əlaqələr üzrə müşaviri Əliəkbər Cavanfekr 4 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, İsfəndiyar Rəhim Məşai 2005-2013-cü illərdə prezidentin müşaviri və vitse-prezident vəzifələrini tutub. O, 2018-ci ilin martında Mahmud Əhmədinejatın tərəfdarı Həmid Bakaini müdafiə etidiy üçün tutulub. H.Bakai dövlət əmlakının xərclənməsində sui-istifadəyə yol verdiyi üçün 15 il azadlıqdan məhrum olunub. Sentyabrın 11-də onun həbs müddəti daha 6 ay artırılıb.