Qanunsuz ov edənlər 1000 manat cərimələnib

Qanunsuz ov edənlər 1000 manat cərimələnib

11 Sentyabr 2018 09:52
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən Ağzıbir ovçuluq təsərrüfatına müvafiq icazə olmadan daxil olan Şabran rayon sakini Hətəm Teyyubov, Şamaxı rayonunun dağlıq ərazisində isə ova cəhd edən Bakı şəhər sakini Nazim Rzayev saxlanılıb.

Mediainfo.az saytına nazirlikdən verilən məlumata görə, onlardan iki ov tüfəngi, on bir patron götürülüb.

Təqsirkarlar barəsində qanuna müvafiq tədbir görülüb və hər birinə inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq edilib.