Gömrükdən gizlədilən xeyli miqdarda siqaret aşkarlandı

Gömrükdən gizlədilən xeyli miqdarda siqaret aşkarlandı

6 Sentyabr 2018 15:39
Bəyəndim (0) Bəyənmədim (0)

Daxil olan əməliyyat məlumatı əsasında, Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 211099" markalı avtomobil "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib.

Mediainfo.az-a DGK Mətbuat Xidmətindən verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, avtomobilin salonunda - hər iki qabaq oturacağın içərisində və yük yerində xüsusi düzəldilmiş gizli saxlanc yerində 2600 ədəd "Marlboro" və 1000 ədəd "Parliament" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.