50 nəfəri öldürdən banda başçısı sərbəst buraxılacaq

50 nəfəri öldürdən banda başçısı sərbəst buraxılacaq

11 Yanvar 2012 13:11
Bəyəndim (0) Bəyənmədim (0)
O, İsrail vətəndaşı olsa da, Ukraynada saxta sənədlə deputat seçilmişdi

Ruvim Aronov adlı şəxs MDB məkanında yaxşı tanınır. Nə qədər qəribə səslənsə də, onu idman, siyasət və kriminal aləmdə də tanıyanlar çoxdur. Ruvim Aronov bir zamanlar "Tavriya" futbol klubunun direktoru vəzifəsində çalışıb. 1995-ci ildə o, "Dinamo" klubunun prezidentinin xüsusi qəddarlıqla qətlə yetirilməsini təşkil edib. Daha sonra rəhbərlik etdiyi "Башмаки (Ayaqqadılar)" bandasının üzvünü eyni qəddarlıqla öldürdüb.

2010-cu ilin yanvar ayında hər iki epizod üzrə Odessa Apellyasiya məhkəməsinin vəsatəti ilə cinayət işi ilkin istintaqa göndərilib. Lakin müstəntiqlər Ruvim Aronovun günahsız olduğu bildiriblər. Bununla belə, 1991-ci ildə yaranmış "Башмаки (Ayaqqadılar)" bandası fəaliyyətini davam etdirirdi. Hadisələri qabaqlayaraq qeyd edək ki, bu cinayətkar dəstə 14 il ərzində 50 nəfərin ölümünü və 8 insanın oğurlanmasını təşkil edib. Məlumatda o da bildirilir ki, Ruvim Aronov kriminal aləmin avtoritetlərindən sayılır.

İnterpolun məlumatına görə, Ruvim Aronov 1994-cü ildən İsrailin vətəndaşıdır. Bununla belə, o, Krımda olarkən saxta sənədlərlə parlamentə deputat seçilib. Onun tutulması sırf təsadüf nəticəsində baş tutub. Ruvim Aronov 2006-cı ilin avqustunda yol nəqliyyat hadisəsində bir nəfəri öldürdüyü üçün axtarışa verilib. 2008-ci ilin 3 mart günü Kiyev aeroportunda tutulub. Həmin il Krımın Simferopol rayonunun məhkəməsi ona 4 il 3 ay həbs cəzası verib.

"Агентство крымские новости"-nin Ruvim Aronovun vəkili Anatoliy Jukova istinadən yaydığı məlumata görə, R.Aronov bir neçə gündən sonra azadlığa buraxılacaq.

Pul insanlar arasında yeganə ünsiyyət vasitəsidir...

Murad Şahməmmədov

O.M.