Metroda qadın keçmiş əri tərəfindən bıçaqlanıb

Metroda qadın keçmiş əri tərəfindən bıçaqlanıb

5 Sentyabr 2018 09:29
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı metropoliteninin Nəsimi stansiyasında bıçaqlanma hadisəsi baş verib.

1972-ci il təvəllüdlü Quliyeva Elnarə Baloğlan qızı Nəsimi stansiyasında olarkən qatarda ona keçmiş əri yaxınlaşıb və onlar mübahisə edib.

Nəticədə E.Quliyeva ürək nahiyəsindən bıçaqlanıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.