Şahdağda qanunsuz ov cəhdinin qarşısı alındı

Şahdağda qanunsuz ov cəhdinin qarşısı alındı

4 Sentyabr 2018 15:34
Bəyəndim (0) Bəyənmədim (0)

Şahdağ Milli Parkının Qəbələ bölməsi ərazisinə ov etmək məqsədilə daxil olan iki nəfər parkın əməkdaşları tərəfindən saxlanılıb və onlardan 2 ov tüfəngi və 15 ədəd güllə götürülüb.

Mediainfo.az saytına ETSN Mətbuat Xidmətindən verilən məlumata görə, araşdırma zamanı qanun pozucularının Qəbələ rayon Abrıx kənd sakinləri Mahir Aşurov və Rafiq Abdullayev olduğu müəyyən edilib.

Faktla bağlı qanun pozucuları barəsində akt və protokol tərtib edilib və hər biri inzibati qaydada 1000 manat məbləğində cərimə olunub.