Ukraynada 50-yə qədər qadını satmaqda ittiham olunan azərbaycanlı saxlanılıb

Ukraynada 50-yə qədər qadını satmaqda ittiham olunan azərbaycanlı saxlanılıb

22 Avqust 2018 22:21
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynada 50-yə qədər qadını satmaqda ittiham olunan azərbaycanlı saxlanılıb.

"Report"un əldə etdiyi məlumata görə, Ukraynanın paytaxtı Kiyev şəhər Şevçenkovski rayon polisi ilə Xerson şəhər polisinin birgə əməliyyatı nəticəsində azərbaycanlı, 1970-ci il təvəllüdlü Həsənov Qabil Xasay oğlunun başçılıq etdiyi dəstə saxlanılıb.

Azərbaycanlı barəsində artıq Şevçenkovski rayon məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

O, başçılıq etdiyi dəstə ilə birgə 50-yə qədər ukraynalı qadının Avropa və ərəb ölkələrində fahişəliyə cəlb etmə məqsədilə satılmasında ittiham olunur.