Xadimə işlədiyi evi taladı – Bakıda

Xadimə işlədiyi evi taladı – Bakıda

21 Avqust 2018 17:23
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.

Bu il fevralın 5-dən avqustun 16-dək olan müddətdə rayon ərazisindəki evlərin birindən 5000 manat və 15600 ABŞ dolları, habelə 3400 manat dəyərində qızıl üzük oğurlanıb.

21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, orada xadimə işləyən Lənkəran şəhər sakini Günel Piriyeva saxlanılıb. Teleqraf.com