Mehman Hüseynovun məhkəməsinin vaxtı bəlli oldu

Mehman Hüseynovun məhkəməsinin vaxtı bəlli oldu

17 Avqust 2018 14:20
Bəyəndim (0) Bəyənmədim (0)

Həbsdə olan video bloqer Mehman Hüseynovun vaxtından əvvəl azadlığa çıxmaq üçün etdiyi müraciətlə bağlı məhkəməsinin vaxtı bəlli olub.

M.Hüseynovun ərizəsinə avqustun 24-də Qaradağ rayon Məhkəməsinin hakimi Rəşad Məmmədovun sədrliyi ilə baxılacaq.

Hazırda 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan M.Hüseynov avqustun 10-da bu barədə ərizə yazaraq müdafiəçisi vasitəsilə məhkəməyə təqdim edib. O, ərizəsində cəzasının çəkilməmiş hissəsindən azad edilməklə şərti formada azadlığa buraxılmasını istəyib.

M.Hüseynov böhtan atmaqda təqsirli bilinərək Suraxanı rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. (Qafqazinfo)