Şəkidə maşın piyadaları vurdu

Şəkidə maşın piyadaları vurdu

4 Yanvar 2012 13:13
Bəyəndim (0) Bəyənmədim (0)

Şəki şəhər Polis Şöbəsindən məlumat verilir ki, bu gün şəhər ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Şəki şəhər sakini, 1984-cü il təvəllüdlü Məsimov Qalib Nürəddin oğlu idarə etdiyi "MAZ" markalı, 55 BX 041 dövlət nişan nömrəli avtomobillə Şəki şəhəri, Şərbablar küçəsindən H. Əliyev prospekti istiqamətinə hərəkət etmək istəyərkən, yolu keçmək istəyən piyadalar - 1984-cü il təvəllüdlü Şəki şəhər sakini Əhmədova Nişanə Məmmədəmin qızını və onun anası, 1953-cü il təvəllüdlü Əhmədova Sədayə Əziz qızını vurub. Nəticədə, ağır bədən xəsarətləri alan Nişanə Əhmədova hadisə yerində keçinib. Digər piyada Sədayə Əhmədova aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Şəki Mərkəzi Şəhər Xəstəxanasına (MŞX) yerləşdirilib. Faktla bağlı Şəki ŞPŞ-də cinayət işi başlanılıb.

O.M.