Rusiyada azərbaycanlı iş adamı öldürülüb

Rusiyada azərbaycanlı iş adamı öldürülüb

15 Avqust 2018 17:12
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın paytaxt Moskvada, Kalujskoe şossesi ərazisində azərbaycanlı iş adamı öldürülüb.

"Report"un əldə etdiyi məlumata görə, 1980-ci il təvəllüdlü Sadiq Qulu oğlu Qasımov bıçaqlanaraq qətlə yetirilib.

Moskva ətrafında yaşayan və xırda ticarətlə məşğul olan azərbaycanlının milliyyətcə gürcü olan Qurami adlı şəxs tərəfindən bıçaqlandığı bildirilir.

Hadisənin mübahisə zəminində baş verdiyi deyilir. Gürcü əsilli şəxs azərbaycanlı iş adamını bıçaqlayandan sonra qaçıb. Çoxlu qan itirən S.Qasımov isə hadisə yerində dünyasını dəyişib.