Yevlaxda 1 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən avtomobil qəzası baş verdi

Yevlaxda 1 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən avtomobil qəzası baş verdi

4 Yanvar 2012 12:05
Bəyəndim (0) Bəyənmədim (0)

Yevlax şəhər Polis Şöbəsindən (ŞPŞ) verilən məlumata görə, ötən gecə saat 23:00 radələrində şəhərin Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Yevlax şəhər sakini, 1974-cü il təvəllüdlü Faiq Xəlilovun idarə etdiyi 99 BD 794 dövlət nömrə nişanlı "Mercedes" markalı yük maşını qarşı tərəfdən gələn Bərdə rayon sakini, 1954-cü il təvəllüdlü Bayram Qurbanovun idarə etdiyi 90 DA 473 dövlət nömrə nişanlı "Mercedes 180" markalı minik avtomobili ilə toqquşub. Nəticədə, Bayram Qurbanov ölüb, 1948-ci il təvəllüdlü həyat yoldaşı Elmira Qurbanova, 1986-cı il təvəllüdlü oğlu Zaur Qurbanov və 2008-ci il təvəllüdlü nəvəsi Vaqif Dadaşov müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Yevlax Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Yevlax ŞPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

O.M.