Məşhur mafiya lideri həbs edildi

Məşhur mafiya lideri həbs edildi

9 Avqust 2018 11:16
Bəyəndim (0) Bəyənmədim (0)

Meksikanın ən təhlükəli qruplaşmalarından biri olan "Tepito İttifaqı"nın rəhbəri həbs edilib.

Bu barədə məlumatı "Universal" portalı yayıb. Portal həbs edilən şəxsin adının Roberto Moyado olduğunu bildirib. Onun polisin keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində həbs edildiyi vurğulanıb.

Qeyd edək ki, bu, "Tepito İttifaqı"nın son aylar ərzində həbs edilən ikinci rəhbəridir.

Bu qruplaşmanın adı Mexiko şəhərinin ətraf rayonlarından birinin adından götürülüb. Maraqlı məqam odur ki, bu rayonda hələ də narkotacirlər, quldurlar və cibgirlər hökmranlıq edirlər. Qruplaşma Mexiko və ətrafındakı narkoticarətə tam nəzarət edir. Axar.az