Aqil Ələsgər Türkiyəyə pul qaçaqmalçılığı ilə məşğul olub

Aqil Ələsgər Türkiyəyə pul qaçaqmalçılığı ilə məşğul olub

2 Avqust 2018 07:44
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün"Yeni Çağ" saytının redaktoru Aqil Ələsgər hüquq-mühafizə orqanlarrı tərəfindən saxlanılıb. Əvvəlcə bu barədə jurnalistin qohumları onun oğurlanması barədə məlumat vermişdilər. Lakin sonradan Mətbuat Şurasının başçısı Əflatun Amaşov bildirdi ki, jurnalist Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Hüquq-mühafizə orqanlarındakı mənbələrdən virtualaz.org-a məlum olub ki, A.Ələsgər Türkiyəyə pul qaçaqmalçılığı ilə məşğul olub. Jurnalistin həbsi onun peşəkar fəaliyyəti ilə bağlı deyil.

Aqil Ələsgər

Jurnalistin Türkiyə ilə sıx əlaqələri mövcuddur və əsasən, Fətullah Gülənin fəaliyyətinin araşdırılmasında ixtisaslaşıb. Türkiyəyə dəfələrlə edilmiş səfərləri zamanı A.Ələsgər Bakıda maraqları təmsil olunan bəzi biznes dairələri ilə sıx əlaqələr qurub. Jurnalist öz mövqeyindən və statusundan istifadə edərək, nağd pulların qaçaqmalçılıq yolu ilə Türkiyəyə daşınmasına yardım edib. Virtualaz.org-un özəl mənbələrinin məlumatına görə, A.Ələsgər Bakıda məşhur olan iş adamının, "Büyükfırat" restoranlar şəbəkəsinin sahibinin tərəfdaşıdır.

Məlumata görə, DİN-in Baş İdarəsi bu qeyri-qanuni fəaliyyətin araşdırılmasını davam etdirir.