Azərbaycanda 28 dekabrın kriminal xronikası

Azərbaycanda 28 dekabrın kriminal xronikası

29 Dekabr 2011 11:32
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 49 cinayət faktı qeydə alınmışdır

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 49 cinayət faktı qeydə alınmış, onların da 25-i "isti izlər"lə açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 19 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 2 nəfər isə yaralanmışdır.

9 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 34 nəfər tutulmuşdur.

Bərdə rayonunun Hacallı kəndi ərazisində yol-nəqliyyat hadisəsi

28.12.2011

Dekabrın 28-də saat 12.30 radələrində Bərdə rayonunun Hacallı kəndi ərazisində, rayon sakini Sabir Əvəzov "VAZ-2106" markalı avtomaşını idarə edərkən, kənd sakini Əli Gülmalıyevi vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.

Sahil qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

28.12.2011

Dekabrın 28-də saat 18.45 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Gəncə şəhər sakini Məqsəd Süleymanov "Mercedes-200" markalı avtomaşını idarə edərkən Zərdab rayon sakini Ağakişi Məhərrəmovu vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.

Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi

28.12.2011

Dekabrın 28-də saat 11.00 radələrində Nərimanov rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini 9 yaşlı Kənan Musayevi vurulmuşdur. Xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

223 ədəd 4 metrlik dəmir boruları oğurlamağa cəhd göstərmiş şəxslər tutulmuşlar

28.12.2011

Dekabrın 28-də Qaradağ Sement Zavodundan 1170 manat dəyərində 223 ədəd 4 metrlik dəmir boruları şəhər sakini Vüqar Məmmədova məxsus "QAZel" markalı avtomaşından oğurlamağa cəhd göstərmiş şəhər sakinləri Seyyəddin Məmmədov, Akif Məmmədov və Rahib Əbilov Baş Mühafizə İdarəsi əməkdaşları tərəfindən tutulmuşlar.

Cəbrayıl rayon sakini Vidadi Fərhadovdan 1 ədəd "Naqan" tipli tapança götürülmüşdür

28.12.2011

Dekabrın 28-də Nərimanov rayonu ərazisindəki qorunan körpünün üstündə Cəbrayıl rayon sakini Vidadi Fərhadov Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmış və ondan 1 ədəd "Naqan" tipli tapança götürülmüşdür. O, sonrakı araşdırmalar aparılması üçün Nərimanov RPİ 17-ci PB-nə təhvil verilmişdir.

Yasamal rayonundakı tikintisi başa çatmamış binadan elektrik kabeli oğurlamış Ş.Rzayev və O.Həsənov tutulmuşlar

28.12.2011

Dekabrın 27-də Yasamal rayonundakı "Şərur İnşaat Qlobal Azəri" MTK-ya məxsus tikintisi başa çatmamış binadan 5000 metr uzunluğunda elektrik kabeli oğurlanmışdır. Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Biləsuvar rayon sakini Şahmar Rzayev və Balakən rayon sakini Orxan Həsənov tutulmuşlar.

Dekabrın 17-də Hacıqabul rayon sakini Ş.Əsgərova məxsus qoyunları oğurlamış A.Murtuzov tutulmuşdur

28.12.2011

Hacıqabul RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 17-də Şahin Əsgərova məxsus 9 baş qoyunu oğurlamış rayon sakini Azad Murtuzov tutulmuşdur.

Dekabrın 27-də Hacıqabul rayon sakini A.Şotiyevanın evindən oğurluq etmiş A.Novruzov tutulmuşdur

28.12.2011

Hacıqabul RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 27-də Aygün Şotiyevanın evindən oğurluq etmiş rayon sakini Asif Novruzov tutulmuşdur.

Paytaxtın bir neçə rayonlarının ərazisindəki ticarət obyektlərindən partlayıcı oyuncaqlar götürülmüşdür

28.12.2011

Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Yasamal, Binəqədi, Xətai və Qaradağ rayonları ərazisindəki ticarət obyektlərindən yüksək səsyayıcı qabiliyyətinə malik olan 16 min 858 ədəd partlayıcı oyuncaqlar götürülmüşdür.

5 nəfər dəm qazı və dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər

28.12.2011

Dekabrın 28-də Sumqayıt şəhər sakinləri Arzu Muradova, Zöhrə Mustafayeva Abşeron rayon sakinləri Zülfiyyə İsmiyeva, Tural Şirinov və Leyla Sultanova öz evlərindən dəm qazı və dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər.

Zaqatala şəhərindəki ağac emalı sexinin gözətçi otağında yanğın baş vermişdir

28.12.2011

Dekabrın 28-də saat 04.30 radələrində Zaqatala şəhərindəki ağac emalı sexinin gözətçi otağında yanğın baş vermişdir. Nəticədə otağın yanar konstruksiyaları və oradakı əşyalar yanmış, yanğın söndürüldükdən sonra isə orada gözətçi işləyən şəhər sakini Kamal Osmanovun yanmış meyiti tapılmışdır.

Qanunları öyrənmək üçün cinayət törətmək vacib deyil...

Sərvər Aslanov

O.M.