Laffertinin "Qarabağ"a keçidi baş tutmadı

Laffertinin "Qarabağ"a keçidi baş tutmadı

31 İyul 2018 13:11
Bəyəndim (0) Bəyənmədim (0)

"Qarabağ"ın transfer hədəfində olan Kayl Laffertinin Ağdam klubuna keçidi baş tutmayıb.

Qol.az-ın "Dailyrecord"a istinadən yaydığı xəbərə görə, "Harts"ın hücumçusu ailə məsələsinə görə, ölkəmizə gəlməkdən imtina edib.

Şimali İrlandiyalı forvardın həyat yoldaşı Vanessa hamilədir. O, uşağını məhz Şotlandiyada dünyaya gətirmək və orda böyütmək istəyir. Bu səbəbdən Lafferti "Qarabağ" və "Seul"dan gələn təklifə "yox" deyib.

Qeyd edək ki, 30 yaşlı futbolçunun Şotlandiyanın "Reyncers" klubuna keçəcəyi iddia olunur.